Açıq Hökumət

Onlayn jurnal

S&P AZƏRBAYCANIN KREDİT MÖVQEYİNİ SABİT QİYMƏTLƏNDİRİR

01.02.2018 / Agentlik illik 3.3% artım proqnozlaşdırır, lakin iqtisadi diversifikasiyanın olmaması və institusional zəifliyi önə çəkir

Sandard&Poor’s qlobal reytinq agentliyi Azərbaycanın kredit reytinqini mənfidən stabilə dəyişib. Agentlik 2014-cü ildə neft qiymətlərinin düşməsi ilə nəticələnən iqtisadi böhrandan sonra ilk dəfə ölkə iqtisadiyyatının böyüməsini proqnozlaşdırır. Agentlik Azərbaycanın xarici və milli valyutadakı uzunmüddətli kredit reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib və növbəti 4 ildə illik 3.3% iqtisadi artım təxmin edir. Ancaq buna baxmayaraq, agentlik bildirir ki, Azərbaycan iqtisadiyyatı əsas etibarilə neft və qaz satışından asılıdır və ölkədəki institusional zəiflik onun kredit reytinqlərinin yüksək qiymətlədirilməsinə əngəl olur.

Sandard&Poor’s vurğulayır ki, Azərbaycan 2014-cu il sonrası neft qiymətlərinin düşməsindən qaynaqlanan ağır dönəmi artıq keçib və bundan sonra tədrici iqtisadi böyümə müşahidə olunacaq. Neft Azərbaycan ixracının 90% təşkil edir və iqtisadiyyat da neft qiymətlərinin düşməsinə görə problemlə üzləşmişdi. Ancaq indi qarşıdan gələn prezident seçkiləri ərəfəsində, Türkiyə və Aropaya qaz satışını gerçəkləşdirəcək gələcək Şah Dəniz 2 qaz lahiyəsinin tamamlanması ilə bağlı olraq agentlik istehlak və biznes sahələrində, dövlət xərclərində artım proqnozlaşdırır. Bunları nəzərə alaraq, 2021-ci ilin sonuna qədər illik 3.3% ÜDM artımı gözlənilir.

Ancaq, iqtisadiyyatın 2014-ci ildən əvvəlki sürətlə böyüyəcəyi gözləntisi də yoxdur. Azərbaycanda neft istehsalı 2011-ci ildən azalmağa başlamışdı. Agentlik bir barel neftin qiymətini 2018-ci ildə 60, 2019-cu ildə 55 dollar qiymətləndirməsini yenidən gözdən keçirsə də, qiymətlərin 2011-2014-cü illər arası 100 dollara qalxması ehtimal etmir. Reytin agentliyi qeyd edir ki, Azərbaycan iqtisadiyyatı diversifikası olunmayıb və orta müddətdə onun baş tutması gözlənilmir.

Sandard&Poor’s həmçinin vurğulayır ki, Azərbaycanda institusional mədəniyyət zəifdir və bu gerilik onun kredit reytinq qiymətləndirməsini məhdudlaşdırır. Siyasi idarəetmə olduqca mərkəzləşdirilib və şəffaf deyil. Ölkədə tədiyyə balansının artması və dövlət bocrlarının azalması gözlənilsə də, Azərbaycanın Mərkəzi Bankında da institusional zəiflik var və müstəqil siyasi qərarverməyə sahib deyil.