DİALOQ PLATFORMASI MÜSTƏQİL VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İRADƏSİNİ ƏKS ETDİRMİR

21.09.2016 /

21 sentyabr 2016-cı il tarixdə Açıq Hökumət Tərəfdaşlığında iştirak etməkdə maraqlı olan 29 müstəqil vətəndaş cəmiyyəti təmsilçisi birgə bəyanat imzalayıb. Bəyənatda deyilir:

9 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (QHT Şurası) təşəbbüsü ilə dövlət qurumları və bir qrup QHT təmsilçilərinin iştirakı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması yaradılıb. Məlum olduğu kimi, 1 avqust 2016-cı il tarixində 26 nəfər Vətəndaş Cəmiyyəti təmsilçisi Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Platformasının yaradılması təşəbbüsü ilə maraqlı tərəflərə müraciət etmişdir. Bununla belə QHT Şurası Dialoq Platformasını yaradarkən bu bəyanatı imzalayanların yalnız 3 nəfərini tədbirə dəvət etmişdir. Beləliklə də:

Bu bəyanatı imzalayan təşikilatlar hesab edir ki, Dialoq Platforması Açıq Hökumət Tərəfdaşlığında müstəqil vətəndaş cəmiyyətinin iradəsini ifadə etmir.

Burda başlıca məqsəd Açıq Hökümət Tərəfdaşlığı təşəbbüsü üzrə tənqidi səslərin boğulması, alternativ fikirlər üçün məkanın daraldılması, hökumət və vətəndaş cəmiyyəti arasında gerçək dialoq imkanlarının məhdudlaşdırılmasıdır. Odur ki, hesab edirik ki, təsis edilən yeni qurum hakimiyyətin fəaliyyətinə obyektiv qiymət verə bilməyəcək, Açıq Hökumətin Təşviqi üzrə Mlli Fəaliyyət Planının icrasına töhfə verməyəcək.

Məlum olduğu kimi, Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsi 4 may 2016-cı ildə Azərbaycanın təşəbbüsdə statusunu azaldaraq qeyri-fəal edib. Bu qərara səbəb 2014-cü ildən başlayaraq Azərbaycanda Vətəndaş Cəmiyyətinin fəaliyyəti üçün mövcud məkanın daraldılması, birləşmə azadlığının məhdudlaşdırılması, müstəqil QHT-lərə qarşı təzyiqlər, təqiblər olmuşdur. Eyni zamanda “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın AHT-nin meyarlarına cavab verməməsi və sənədin qəbul edilməsi zamanı vətəndaş cəmiyyətinin iştirakçılığının təmin olunmaması Azərbaycanın statusunun azaldılmasında mühüm rol oynamışdır. Çox təəssüf ki, Azərbaycan hökumət bu qərardan heç bir dərs çıxarmamış, müstəqil QHT-lərin çoxunun Açıq Hökumət Tərəfdaşlığından və ictimai iştirakçılıqdan kənarda qoyulması siyasətini davam etdirmişdir.

Bu bəyanatı imzalayan təşkilatlar bəyan edir ki, Açıq Hökumət Tərəfdaşlığı ilə bağlı proseslərdə iştirakda maraqlı və israrlıdırlar, həmçinin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın yenilənməsi, onun icrasına ictimai nəzarəti və vətəndaş iştirakçılığını təmin etmək, Açıq Hökumət Tərəfdaşlığının prinsip və meyarlarının yayılması üçün fəaliyyətlərini davam etdirəcəklər. Eyni zamanda bəyanatı imzalayan təşkilatlar bu fəaliyyətləri koordinasiya etmək və müstəqil Vətəndaş Cəmiyyəti qurumlarının səylərini birləşdirəcək müvafiq koalisiyanın (və ya şəbəkənin) formalaşdırılması üçün müzakirələrə başlayacaqlar.

  1. Asabali Müstafayev, Demokratiya və insan hüquqları resurs mərkəzi
  2. Aynur İmranova, Media və Demokratiyanın İnkişafına Dəstək İctimai Birliyi
  3. Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutu
  4. Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
  5. Azər Mehtiyev, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
  6. Azər Rəsulov, Mülki Cəmiyyət üçün Hüquq Təşəbbüsü Mərkəzi
  7. Bəkir Məmmədov, İqtisadi və Sosial Təşəbbüslər İnstitutu
  8. Bəşir Süleymanlı, Vətəndaş Hüquqları İnstitutu
  9. Ələsgər Məmmədli, Yayımların Monitorinq Mərkəzi İctimai Birliyi
  10. Əlövsət Sadıqlı, Təhsil Tədqiqatları Mərkəzi İctimai Birliyi
  11. Əvəz Zeynallı, “Xural” qəzeti
  12. İlham Hüseynli, Demokrastik İnkişaf və İctimai Əməkdaşlıq İctimai Birliyi
  13. Xalid Ağaliyev, Media Hüququ İnstitutu
  14. Xalid Bağırov, hüquq müdafiəçisi
  15. Qalib Toğrul, İqtisadi Tədqiqatlar Mərkəzi
  16. Qubad İbadoğlu, İctimai Təşəbbüslər Mərkəzi
  17. Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi
  18. Mehman Əliyev, Turan İnformasiya Agentliyi
  19. Məlahət Mürşüdlü, Azad Müəllimlər Birliyi
  20. Nəsimi Məmmədli, Yayımların Monitorinq Mərkəzi İctimai Birliyi
  21. Oqtay Gülalıyev, Demokratik İslahatlar Uğrunda İctimai Birliyi
  22. Rəsul Cəfərov, İnsan Hüquqları Klubu
  23. Rövşən Ağayev, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
  24. Rövşən Hacıbəyli, Demokratik Jurnalistika Məktəbi
  25. Samir Əliyev, Media və Sosial Təşəbbüslər Mərkəzi
  26. Samir Kazımlı, hüquq müdafiəçisi
  27. Vahid Məhərrəmov, Aqrar İslahatlara Dəstək İctimai Birliyi
  28. Zöhrab İsmayıl, Azad İqtisadiyyata Yardım İctimai Birliyi
  29. Ziya Quliyev, Hüquq Təşəbbüsləri Mərkəzi.