Açıq Azərbaycan

Onlayn jurnal

İNSAN HAQQLARI POZUNTUSUNA STİMUL VERƏN LAYİHƏLƏRƏ PUL AYRILMASIN

08.02.2018 / Human Rights Watch Avropa İnvestisiya Bankının TAP və TANAP-a kredit ayırmamağa çağırır

Human Rights Watch təşkilatı Avropa İnvestisiya Bankının (AİB) prezidenti Werner Hoyerə rəsmi məktubla müraciət edib. Məktubun yazılma səbəbi Azərbaycan höküməti və SOCAR-ın da səhmdar olduğu TAP və TANAP lahiyələrinin reallaşması üçün AİB-in kredit ayırmağa hazırlaşmasıdır.

Məktubda deyilir ki, Biz AİB-yə Azərbaycan hökümətinin vətəndaş cəmiyyəti üzərinə davamlı və qəddar represiyasını nəzərə almağı, Bankın gələcək investisiyalarını Avropa Birliyi müqaviləsinin 21-ci bəndində göstərilmiş xarici fəaliyyət prinsiplərinə uyğun olaraq insan haqqlarının təkmilləşdirilməsi ilə əlaqələndirməyə və AİB-nin Avropa Birliyi Fundamental Haqqların Nizamnaməsindəki öhdəliklərinə hörmət etməyə çağırırıq.

Biz bilirik ki, AİB-ı fevralın 6-dakı iclasında TAP lahiyəsinə 1.5 milyard maliyyə ayrılmasını müzakirə edəcək. Sonrakı iclasda TANAP lahiyəsinin maliyələşdirilməsi müzakirə edilə bilər. Hər iki lahiyə Xəzər qazını Avropaya çıxaracaq Cənub Qaz Dəhlizi lahiyəsinin tərkib hissəsidir. Azərbaycan höküməti və SOCAR TAP-da 20%, TANAP-da isə 58% paya sahibdirlər.

Human Rights Watch qeyd edir ki, 5 ilə yaxındır ki, Azərbaycan höküməti öz tənqidçilərini qorxutmaq, cəzalandırmaq və susdurmaq kampaniyası aparır. Saxta və siyasi səbəblərlə edilmiş həbslərlə hökümət vətəndaş cəmiyyətinin işini iflic edib. Tənqidçilərin ailələri cəzalandırılıb və müstəqil vəkillər saxta ittihamlarla məhkəmələrdən uzaqlaşdırılıb.

QHT-lərin müstəqil fəaliyyət göstərmək üçün maliyyə əldə etmə imkanı qanunvericiliyə edilmiş dəyişikliklə mümkünsüz hala gətirilib. Vəziyyət hələ də dəyişməyib. Ölkədə fəaliyyət göstərmək üçün Maliyə Nazirliyindən lahiyələrə müsbət qərar verilməlidi. Həmçinin xarici donorlar qrant vermək üçün Azərbaycan hökümətindən icazə almalıdılar

Bu prosesin nəticəsi olaraq Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə üzvlüyü dayandırıldı və daha sonra hökümət özü təşəbbüsdən çıxdı.

Daha sonra məktubda REAL Hərəkatının lideri İlqar Məmmədovun, Gürcüstanda oğurlanaraq Azərbaycana gətirilmiş jurnalist Əfqan Muxtarlının, bloqer Mehman Hüseynovun və saxta ittihamlarla həbs edilmiş bir çox journalist və fəalların hələ də həbsdə saxlanmasından bəhs edilir.

Avropa Birliyinin Fundamental Haqqlar Nizamnasi üzrə öhdəliklər tələb edir ki, AİB insan haqqları pozuntusunu təşviq edən və ya dəstəkləyən lahiyələrə maliyyə ayırmasın.

Mövcud repressiv şəraitdə AİB-in TAP və TANAP lahiyələrini dəstəkləməsi onun insan haqqları, sosial rifahi artırmaq üçün lahiyələri maliyələşdirmə, quruculuq işləri və hökümət hesabatlılığı üçün vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi kimi dəyərlərə hörmətini pozması deməkdir. Azərbaycan hökümətinin vətəndaş cəmiyyətinə qarşı olan hərəkətləri bu dəyərlərə və davamlı inkişafa əngəldir.

Məktubun sonunda təşkilat AİB-i Azərbaycan höküməti QHT-lərdən qrant almas;na mane olan qanunu ləğv edib vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətinə imkan yaradilanadək və siyasi səbəblərlə həbs edilmiş journalist və fəallar azad edilməyincə, TAP və TANAP lahiyələrinə maliyyə ayırmaqdan çəkinməyə çağrıb. Həmçinin AİB-dən xahiş olunur ki, Azərbaycanla diplomatik əlaqələr və ictimai bəyanatlarda vətəndaş cəmiyyətinə qarşı davam edən represiyadan narahatçılıq ifadə etsin.