AZƏRBAYCANLI OLİQARXLAR MALTANI ÖZ “ƏYALƏTLƏRİ” SAYIRLAR

17.12.2017 / Times of Malta növbəti dəfə Azərbaycanın pul yuyan maşınından yazır

Times of Malta qəzeti növbəti dəfə Azərbaycanın pul yuyan maşını adı almış proses haqqında yazı dərc edib. Azərbaycan pul yuyan maşını (The Azerbaijani laundromat) adlı məqalədə 2012-2014-cü illər hakim elitanın Azərbaycandan gizli yolla çıxardığı 2.9 milyard dollar məbləğdən söhbət gedir.

Məbləğin bir hissəsinin Azərbaycanın beynəlxalq lobbiçiliyi etmək üçün bu işi Avropada həyata keçirən siyasətçi və jurnalistlərə xərcləndiyi, bir hissəsinin isə ölkəyə və şəxsən prezident Əliyevə qarşı tənqidləri susdurmaq və ölkənin pozitiv imicini yaratmaq məqsədilə istifadə olunduğu qeyd olunur. Bundan həmçinin hökümətdə təmsil olunan və yuxarılarla yaxın əlaqələri olan azərbaycanlılar da yararlanıb.

Əməliyyat Danımarka qəzeti “Berlingske” tərəfindən gizli materialların dərc edilməsindən sonra 17 Avropa media orqanı tərəfindən də işlənmişdir.

Qəzet yazır ki, qeyd olunan pullar Danimarkanın ən böyük bankı “Danske bank” vasitəsilə ötürülüb. Bundan əlavə onun Estoniyadakı filialı Böyük Britaniyada qeydiyyatda olan 4 böyük şirkətin hesablarından minlərlə transaksiyalar həyata keçirib.

İşi görən şirkətlər müxtəlif vasitələrlə əsl kimliklərini və şirkətinlərin infolarını gizlədə biliblər.

Sızmış bank hesabları göstərir ki, ümumilikdə 16 mindən çox gizli ödəniş edilib.

Keçmiş alman deputat və lobbisist Eduard Linter bu əməliyyatlardan ən çox yararlanmış yüksək vəzifəlilərdən biridir. O 2009-cu ildə siyasəti tərk edəndən sonra Azərbaycan Almaniya münasibətlərini təbliğatını edən lobbi şirkətinin rəhbəri olub. İddiaya görə o 2012-2014-cü illərdə 819,500 avro gəlir əldə edib. 61 min dolları isə o seçki müşahidəçisi kimi Azərbaycan səfərindən dönüb, seçkiləri Alman standartı səviyyəsində tərif edəndən iki həftə sonra əldə edib.

Məqalədə qeyd olunur ki, Linterin şirkəti 2014 və 2015-ci illərdə Xristian Demokratların millət vəkili və Angela Merkelin yaxın müttəfiqi Karin Strenzə 7 və 15 min avro məbləğində ödəniş edib. Strenz 2015-ci ilin iyununda Avropa Birliyinin Azərbaycana qarşı siyasi məhbusları azad etməyə səsləyən qətnaməsinə qarşı səs vermiş yeganə alman deputat olub.

Bundan sonra o Avropa Birliyi Parlament Assambleyasından uzaqlaşdırılıb.

Bundan əlavə məlum olub ki, 2012-ci ilin fevralında hökümət şirkəti SOCAR-ın Almaniya qanadı, alman qanunlarına zidd olaraq, Xristian Demokratlar Birliyinin Frankfurt şöbəsinin hesabına 28 min avro pul qoyub.

Həmçinin məqalədə İtaliyalı siyasətçi Luka Volontenin adı keçir. O 2013-cü ilin yanvarında Assambleyada Azərbaycan hökümətinə qarşı səsə qoyulmuş qətnamənin qəbul olunmamasına çalışıb. Volonte ümumilikdə 2.39 milyon avro məbləğində rüşvət almaqda ittiham olunur və hazırda onun işini Milan polis və prokurorluq orqanları araşdırır.

Müəllif “Freedom Files Analytical” mərkəzinin hesabatında qeyd olunan növbəti siyasinin Maltalı deputat Joe Debone Grech olduğunu yazır. O da eyni məqsədlərlə Azərbaycan hökümətindən rüşvət almaqda ittiham olunur. Grech 2010-cu ildə Azərbaycanda Parlament seçkiləri dövründə müşahidəçi olmuş, amma ciddi qanun pozuntularının qeyd olunmasına baxmayaraq seçkiləri yüksək qiymətləndirmişdir.

Məqalədə həmçinin bu konteksdə Azərbaycan Malta münasibətlərindən də bəhs edilib. Müəllif yazır ki, azərbaycanlı oliqarxlar Maltanı özlərinin “əyaləti” hesab edirlər. Prezident Əliyev də Malta-Azərbaycan münasibətlərinin inkişafında maraqlıdır. Öz növbəsində Maltanın baş naziri Joseph Muscat da Azərbaycan yönlü mövqeyilə tanınır. SOCAR Maltada “Electogas” elektrik stansiyasının tikilişinin tenderini qazanıb, Maltanın isə minimum 18 il müddətində Azərbaycandan qaz almaq öhdəliyi var.