Açıq Azərbaycan

Onlayn jurnal

AVROPA PARLAMENTİ AZƏRBAYCANA ŞƏRT QOYUR

24.12.2017 / Siyasi məhbuslar azad edilməsə Avropa İttifaqı ilə strateji saziş ratifikasiya olunmayacaq

Avropa Parlamenti Azərbaycanla Avropa İttifaqı arasında müzakirə olunan strateji əməkdaşlıq sazişi ilə bağlı hesabat layihəsi hazırlayıb. Sənəddə AB üçün, Azərbaycan hakimiyyətinə parlamentin mövqeyini xatırladan tövsiyyələr yer alıb.

Ümumi prinsiplər, dəyərlər və konlifktin həlli

Azərbaycan və Avropa İttifaqı arasındakı əməkdaşlığın dərinləşməsi qarşılıqlı öhdəlik və demokratiya prinsipləri, qanunun aliliyi, düzgün idarəçilik, insan haqları və fundamental azadlıqlara hörmət öhdəliyi hər iki tərəfin və xüsusilə onların vətəndaşlarının maraqlarına xidmət edir.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları icra olunmasa, jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinə təqiblər dayanmasa, siyasi məhbuslar azad olunmasa, Avropa Parlamenti ikitərəfli sazişi ratifikasiya etməyəcək.

Azərbaycan və Aİ-də ictimai xəbərdarlığın artmasında hər iki tərəfin yeni anlaşma, onun gözləntiləri və xeyirləri haqqında aktiv şəkildə müzakirələrə qoşulmalıdır.

Siyasi dialoq və regional əməkdaşlıq

Xüsusilə institutların fəaliyyətini genişləndirməyi hədəfləyən siyasi islahatlar, məhkəmə sistemin demokratikləşdirilməsi və onun müstəqilliyinin təmin edilməsi, insan haqlarına hörmət, vətəndaş cəmiyyətinin gücləndirilməsi və onun siyasi prosesdəki rolunun artırılması sahəsində davamlı və dərin dialoqun təmin olunması.
ATƏT-in və AŞ-ın Venesiya komissiyasının Azərbaycan vətəndaşlarının azad və ədalətli özünü ifadəsini təmin etməyə yönəlik tövsiyələrini həyata keçirmək üçün xüsusi ölçülərin həyata keçirilməsi.

Qanunun aliliyi, insan haqqları və fundamental azadlıqlara hörmət

Məhkəmə sistemində onun idarəedici hakimiyyətdən müstəqilliyinin təmin edən islahatlarını dəstəkləmək, qanunun aliliyinin gözlənilməsi, həmçinin insan haqları və gender bərabərliyinin qorunması işində güclü baza yaratmaq.
Azərbaycanın korrupsiya, pul yuma və vergidən yayınma sahəsindəki mübarizəsi işini gücləndirmək üçün xüsusi müddəaların işə salınması
Həmçinin siyasi dissidentlər, müstəqil jurnalistlər, insan haqqları müdafiəçiləri, QHT nümayəndələri, marginal qruplar və azlıqlara qarşı siyasi təqibləri sonlandırmaq üçün insan haqqları və fundamental azadlıqların qorunmasını hədəfləyən müddəaların qəbul edilməsi, AB standartlarına cavab verən məhkəmə islahlatlarının həyata keçirilməsi və dəstəklənməsi məqsədilə Aİ və Azərbaycan arasında insan haqqlarının müzakirəsi üçün forumun yaradılması.

Qanunvericiliyə yenidən baxılması, qeydiyyat tələbləri, xarici maliyyə və qrant registirasiyası, kriminal araşdırma, onların ofislərinin reyd edilməsi, bank hesablarının dondurulması və onların liderlərinin təqib edilməsi kimi vətəndaş cəmiyyətinin qanunu işinə mane yaradan müddəaların aradan qaldırılması.

Danışıqlardan əvvəl, Azərbaycanın artıq 150-ni aşmış siyasi məhbuslarının azad edilməsi və onların bəzilərinin ölkədən çıxmaq qadağalarının götürülməsi yönündə lazımı addımların atılmasını, Mehman Qələndərovun timsalında bütün siyasi məhbuslara qarşı ədalətsiz davranışların araşdırılmasını təmin etmək.

Azad və müstəqil mediyanın və Aİ bu istiqamətdəki dəstəyinin vacibliyinin xüsusilə qeyd olunması.

Bundan əlavə sənəddə ticarət və iqtisadi əməkdaşlıq, enerji və digər əməkdaşlıq sahələri və institusional məsələlərlə bağlı ümumi tovsiyyələr yer alıb.