MİSSİYA



Açıq Hökumət portalının missiyası Azərbaycanda yaxşı idarəetməyə, iqtisadi inkişafa, sosial ədalətə və demokratikləşməyə mane olan problemləri peşəkarlıqla və dolğun şəkildə işıqlandırmaq, təhlillər və hesabatlar hazırlamaq, problemləri vizual üsullardan istifadə etməklə təqdim etmək, ictimai müzakirələr açmaqdır.

Portalın əsas hədəfi Azərbaycan vətəndaşlarını narahat edən sosial-iqtisadi problemlər, korrupsiya, hökumətin hesabatlılığı və insan hüquqları kimi problemləri peşəkar şəkildə internet istifadəçilərinə çatdırmaq və onların həlli üçün qərarqəbul edənlərə təsir göstərməkdir.